Karyera
Həyat sığortası idarəsninin mütəxəssisi
26.04.2023
Namizədə tələblər
- Yaş: 18-35
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri, satış bacarığı
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
- Mövcud müştərilərlə iş
- Potensial müştərilərin axtarışını həyata keçirmək
- Potensial müştərilər bazasını tərtib etmək
- Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək Haqqı: Müsahibə əsnasında təyin olunacaq. (sabit əmək haqqı və rüblük bonus sistemi)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyat sığortası idarəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.