Xəbərlər

“Atəşgah Həyat” Sığorta Şirkəti müştəriləri üçün xüsusi gün təşkil etdi

01.12.2022

Müştərilərinə daim qayğı və diqqətlə yanaşaraq göstərdiyi xidmət keyfiyyətini günü-gündən daha da artıran "Atəşgah Həyat” Sığorta Şirkəti sadiqlik və əməkdaşlığa görə minnətdarlıq bildirmək məqsədi ilə korporativ müştəriləri üçün xüsusi gün təşkil edib.
"Atəşgah Həyat” Sığorta Şirkətinin müştəriləri yorğun iş gününün sonunda şəhərin dəbdəbəli məkanlarından biri olan Gazelli Café –də dadlı təamlardan dadaraq aparıcı müşaiyəti ilə keçirilən maraqlı "Bingo” tematik oyununda iştirak ediblər. Tədbir boyunca müxtəlif qurumların əməkdaşları bir-biri ilə tanış olaraq yeni biznes əlaqələri qurmaq fürsətini də dəyərləndiriblər.
"Atəşgah Həyat” Sığorta Şirkəti ailəsinin önəmli hissəsi olduqlarına görə təşəkkür etmək və işgüzar münasibətləri daha da möhkəmləndirmək üçün təşkil olunan tədbirdə korporativ müştərilər əyləncə dolu bir gün keçirib.
 
Şam yeməyi və maraqlı "Bingo” oyununun sonunda iştirakçılar, təşkil olunmuş gün haqqında təəssüratlarını bölüşmüş, eləcə də müştəri qismində Şirkət haqda formalaşmış rəylərini bildirmişlər. 
 
Yüksək etibarlılıq imicinə  malik olan "Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.