Strateji Baxış
İnnovasiyalara əsaslanan bilik, bacarıq və peşəkarlıq sayəsində maliyyə xidmətləri sektorunda lider olaraq qalmaq.
Missiya Bəyanatı
Əhalini və biznesi inkluziv və etibarlı maliyyə müdafiəsi ilə təmin etmək.
Dəyərlər
Liderlik
İnnovasiyalara əsaslanan bilik, bacarıq və peşəkarlıq sayəsində qüsursuz işgüzar nüfuza malik olma.
İnnovativlik
- Qabaqcıl texnologiyaların tətbiqi sayəsində proses və prosedurların optimallaşdırılması
- Yeni bazarların və gələcək müştəri tələbatlarının davamlı araşdırılması
- İdeyadan icraya qədər olan yolun maksimum dərəcədə qısaldılması
Müştəri yönümlülük
- Fərdi yanaşma, maksimum dərəcədə faydalı olmaq istəyi
- Operativlik, prosedurların sadəliyi və müştərilər üçün rahatlığı
- Öhdəliklərin dəqiq yerinə yetirilməsi.
Komanda işi
- Bilik və təcrübənin şirkətimizin bütün səviyyələrində mütamadi paylaşılması
- Həmrəylik ruhuna əsaslanaraq məqsədlərə çatmaq naminə birgə əməkdaşlıq
- Əməkdaşlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibət
İnsan kapitalına sərmayə
- Əməkdaşların nailiyyətlərinin tanınması və şəxsi təşəbbüskarlığın təşviqi
- İşçilərin inkişafı və səmərəli motivasiya sistemi
- İşdən məmnunluq yaradan əmək şəraiti
Cəmiyyət qarşısında məsuliyyət
- Biznesdə şəffaflıq, müştərilər və rəqiblərlə etik davranış
- Ölkənin mədəni irsinin, ekoloji, sosial və idarəetmə təşəbbüslərin dəstəklənməsi
- Əhali arasında sığorta mədəniyyətinin təbliği və inkişafı
Xarici mühitə uyğunlaşma
Çətin proqnozlaşdırılan və qeyri-sabit xarici mühit şirkətdən aşağıdakıları tələb edəcək:
Təşkilati çeviklik – sürətlə dəyişən şəraitə uyğunlaşmaq üçün daxili strukturların elastikliyi;
Risklərin effektiv idarə olunması bacarığı – müxtəlif növ risklərin (iqtisadi, texnoloji, ekoloji və s.) qabaqlayıcı təhlili və idarəsi;
Müştəri loyallığının möhkəmləndirilməsi – xidmət keyfiyyətinin yüksəldilməsi və fərdiləşdirilmiş
yanaşmalarla müştəri bazasının saxlanılması;
Texnologiya səviyyəsinin inkişaf etdirilməsi – rəqəmsallaşma, onlayn xidmətlər, süni intellekt və data-analytics imkanlarından səmərəli istifadə;
Yeni reallıqlara uyğun məhsul strategiyalarının və idarəetmə modellərinin təkmilləşdirilməsi – sosial və iqtisadi dəyişiklikləri, ESG və digər tələbləri nəzərə almaqla;
Ekoloji və sosial təşəbbüslərdə aktiv iştirak – reputasiyanın gücləndirilməsi üçün ətraf mühit və cəmiyyət yönümlü layihələrə töhfə vermək. Mədəni irsimizin qorunub saxlanılması və ekoloji təmiz gələcək naminə çalışmaq.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Cəmiyyətin keyfiyyət siyasətini həyata keçirmək məqsədilə rəhbərlik tərəfindən inkişaf strategiyası əsasında aşağıdakı istiqamətlər müəyyən edilmişdir:
Müştərilərin tələb və gözləntilərini nəzərə almaqla, qarşıda qoyulmuş maliyyə göstəricilərinə nail olunması;
Müştəri, səhmdar və işçi personalın maraqlarını nəzərə almaqla Şirkətin fəaliyyətinin effektliyi və rəqabət qabiliyyətinin artırılması;
Istehlakçıların cari və perspektiv tələblərini və gözləntilərini, onların sığorta şirkətinin xidmətindən və sığorta məhsullarından məmnunluğunun sistemli şəkildə təhlili, müştərilərin tələblərinə uyğun yeni sığorta məhsullarının işlənib hazırlanması;
Mövcud biznes proseslərin fasiləsiz inkişafı, avtomatlaşdırılması və yeni biznes proseslərin işlənib hazırlanması;
ISO 9001:2015 beynəlxalq standartları əsasında keyfiyyətə nəzarət sisteminin və yerli qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və davamlı effektliyinin təmin edilməsi;
“Atəşgah Həyat” SŞ-nin göstərdiyi xidmətlərin artırılmasında və şirkət fəaliyyətinin təkmilləşdirilməsində iştirak edən personalın davamlı şəkildə təlimləndirilməsi və səriştəliyinin artırılması;
Əməkdaşlıq və etimad çərçivəsində partnyor/təchizatçılarla qarşılıqlı faydalı əlaqələrin qurulması.