Haqqımızda
Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti 1998-ci ilin mart ayında təsis edilmiş və Azərbaycan Respublikasının “Sığorta haqqında” Qanununun yeni tələblərinə uyğun olaraq müstəsna olaraq həyat sığortası üzrə xidmətləri təqdim etmək üçün 2008-ci ilin dekabr ayında qeydiyyatdan keçmişdir.
Şirkət həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir. “Atəşgah Həyat” SŞ sığorta xidmətlərini həm fiziki, həm də hüquqi şəxslərə təqdim edir.
“Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu çərçivəsində Azərbaycanda ilk olaraq istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə müddətsiz lisenziya almışdır.
“Atəşgah Həyat” SŞ-də 80 nəfərdən artıq əməkdaş çalışır. Müştərilərə keyfiyyətli peşəkar xidmətlərin göstərilməsi məqsədilə şirkət əməkdaşları üçün daim təlimlərin keçirilməsini təmin edir.
Şirkətin müştəriləri sırasında BP, Statoil, Azeri M.I. Drilling kimi iri şirkətlər, Azercell, Bakcell, Azerfon kimi GSM operatorlar və digərləri vardır.
“Atəşgah” Sığorta Qrupuna daxil olan bir şirkət olaraq, “Atəşgah Həyat” SŞ öz xidmətlərini Bakıda fəaliyyət göstərən on üç ofis, habelə Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Mingəçevir, İsmayıllı, Salyan, İmişli və Bərdə şəhərlərində fəaliyyət göstərən ofislər vasitəsilə təqdim edir.
“Atəşgah Həyat” SŞ sığorta xidmətlərini tərəfdaşlar şəbəkəsi vasitəsilə də təqdim edir. Şirkətin etibarlı tərəfdaşları sırasında Access Bank, Bank of Baku, YapıKredi Bank və bir çox digər maliyyə qurumları da vardır.
Tarixçə
“Atəşgah Həyat” SŞ-də telemarketinq şöbəsi təsis edildi.
“Atəşgah Həyat” SŞ-nin sosial media hesabları yenilənərək müasir üslubda tərtib olundu.
“Atəşgah Həyat” SŞ-nin İSO 9001:2015 standartına uyğun yenidən sertifikatlaşdırma aparılıb.
“Atəşgah Həyat” SŞ korporativ veb səhifəsini yeniləyərək, müştərilər üçün yeni onlayn xidmətlər təqdim edib.
Şəxsi kabinet yenilənərək, müştərilərin istifadəsinə verilmişdir.
“Atəşgah Həyat” SŞ şirkətdaxili elektron sənəd dövriyyəsi sisteminin tətbiqini WSS sistemi vasitəsilə həyata keçirmişdir.
“Atəşgah Həyat” SŞ Bakı Fond Birjasının (BFB)“Listinq Məsləhət Proqramı”na qoşuldu.
“Atəşgah Həyat” SŞ Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyorluğu” statusuna layiq görüldü.
“Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka Fondunun müvəkkil sığorta şirkətlərinin yenilənmiş siyahısına daxil edildi
“Atəşgah Həyat” SŞ İcbari Sığorta Bürosunun üzvü oldu
“Atəşgah Həyat” SŞ və Azərbaycanın digər iki həyat sığortası «Paşa Həyat» və «Qala Həyat» şirkətlərinin iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əməkdaşlıq və tərəfdaşlığı.
«Atəşgah Həyat” SŞ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xidmət göstərmək üçün ilk lisenziya almışdır.
Korporativ stilin dəyişilməsi.
«Atəşgah Həyat» həyat sığortası xidmətlərini göstərmək üçün müddətsiz lisenziyanın alınması.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, «Kavkaz» SŞ Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” adlandırılması
Azərbaycanda ilk dəfə olaraq həyat sığortası üzrə “Atəşgah Həyat” şirkətinin yaradılması.
“Atəşgah” SŞ və “Kavkaz Sığorta” ASC – nin sığorta şirkətləri qrupu altında birləşdirilməsi.
Azərbaycanda ilk tibbi sığorta şirkəti olan “Şəfəq”in yaradılması.