Həyatın Yığım Sığortası

Həyatın Yığım Sığortası yalnız öz həyatınızı sığortalamaq imkanı vermir, həmçinin bəzi vergi güzəştlərindən və depozitlərin faizlərindən gəlir əldə etməyə şərait yaradır.

Hər insan öz yaxın gələcəyi üçün müəyyən planlar qurmağı və bunun üçün vəsait toplamağı  arzulayır.

«Atəşgah Həyat» Sığorta Şirkəti bugün vətəndaşlara bir çox maddi məsələlərin sınanmış həll yolu olan həyatın yığım sığortasını təklif edir.

Həyatın Yığım Sığortası müqaviləsi bağlamaqla vətəndaşlar öz gəlirlərindən qanunverciliyə uyğun şəkildə ödəmələr edir. Müqavilə müddəti başa çatdıqda isə əldə etdiyi əlavə qazancla birlikdə öz yığılmış vəsaitini əldə etmiş olur.

Həyatın Yığım Sığortasının əsas üstünlüyü vergi və sosial sığorta haqlarından azadolmaların tətbiq edilməsidir. Həyatın yığım sığortası həm qazanc əldə etmək, həm də vətəndaşın  ölümü və əmək qabiliyyətinin itirməsi halında onun ailəsini maddi vəsaitlə həyatının sığortalanmasını nəzərdə tutur.

Proqramın üstünlükləri

Gəlirin yığım sığortasına yönəldiyi məbləğə illik investisiya gəlirinin əlavə olunması.
Müqavilənin fəaliyyət müddətinin başlanğıcından etibarən sığorta hadisəsi baş verdiyi təqdirdə (ölüm və əlillik hadisəsi) sığorta şirkəti tərəfindən sığorta məbləğinin ümumi həcmində faydalanan şəxsə ödənilməsi.
Vəsaitin istənilən valyutada saxlanması imkanı (Manat və USD)

Tez-tez verilən suallar