İpoteka kreditləri üzrə borc alanların həyat sığortası
Gələcəyə inam üçün “Atəşgah Həyat” Sığorta Şirkəti vətəndaşlara ipoteka kreditləri üzrə borc alanların həyat sığortası təqdim edir. Bu sığorta borcalan və faydalanan üçün maliyyə qorunması təmin edir və gözlənilməz hallar zamanı riskləri azaldır.
İpoteka həyat sığortası sığortalının ölümü və ya əmək qabiliyyətinin itirilməsi (əlillik) hallarında maliyyə təşkilatının kredit vəsaitlərinin qaytarılmamasını və borcalanın risklərdən qorunmasını təmin edir.
Ölüm halında qalıq borcun 100%-i, əlillik hallarında isə qalıq borc orqanizmin funksiyalarının pozulma faizi qədər ödənilir. Sığorta ödənişi faizlərlə birlikdə sığorta məbləğindən çox ola bilməz. Qalıq borc kredit ödəniş qrafikinə uyğun olaraq ödənilir; müddətli əlillik hallarında ödəmə hissəli, digər hallarda birdəfəlik həyata keçirilir.
Sığortaçı, ölüm halında son ödəniş tarixindən hadisə gününə qədər hesablanan kredit faizlərini də ödəyir. Müvafiq sənədlərdə uyğunsuzluq və ya qeyri-müəyyənlik olduqda, qərar qanunvericiliyə uyğun verilir.
Tez-tez verilən suallar
-
1. Sığorta müqaviləsi hansı müddətə bağlanılır?
Sığorta müqaviləsi ipotekanın qaytarılması müddətinə - maksimum 360 aya bağlanılır.
-
2. Yaş məhdudiyyəti varmı?
Sığorta müqaviləsi 18 ilə 65 yaş arası şəxslərlə bağlanıla bilər, lakin sığorta müqaviləsinin müddətinin bitdiyi (qüvvədən düşdüyü) anda Sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz.