Kredit həyat sığortası

 

Sabit gəlir sahibi olmaqla bir çox problemi həll edə biləcək kredit götürə bilərsiniz. Bu, əhalinin bir çoxu tərəfindən günümüzdə uğurla tətbiq olunur. Amma burada sual yarana bilər: ailə başçısı vəfat edərsə və ya qəza nəticəsində aldığı əlilliyə görə krediti ödəyə, yəni iş qabiliyyətini itirdiyi təqdirdə kim borcu kim ödəyəcək? Bu proqram, sığortalı şəxsin ölümü halında - 100 faiz, birinci qrup əlillik halında – 80 faiz, ikinci qrup əlillik halında – sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğinin 60 faizi həcmində təminat əldə etməyə imkan verir. Faydalanan şəxs qismində krediti verən maliyyə təşkilatı, bu da inzibati xərclərini azaldacaq və vaxta qənaət edəcək, məsələn, zəmanətli əmlakın satışı üçün hərrac təşkil etmək və ya müəyyən bir iş üzrə məhkəmə icraatı aparmaq.

Tez-tez verilən suallar

  • 1. Hansı hallarda sığorta təminatı verilir?

    Sığortaçı sığorta müqaviləsinə əsasən aşağıdakı risklərdən sığorta təminatı verir: Sığorta olunanın ölməsi; Sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması.

  • 2. Sığorta müqaviləsi hansı müddətə bağlanır?

    Sığorta müqaviləsi kredit müddətinə bərabər ola bilər.

  • 3. Yaş məhdudiyyəti varmı?

    Sığorta müqaviləsi 18 ilə 65 yaş arası şəxslərlə bağlanıla bilər, lakin sığorta müqaviləsinin müddətinin bitdiyi (qüvvədən düşdüyü) anda Sığorta olunanın yaşı 65-dən yuxarı ola bilməz.